Cart 0 items - 0 ₼ 0

Ecofilter – su təmizləmə sistemləri

ecofilter

Evinizdə hər zaman təmiz su mənbəyi

Evinizdə - sənaye, ticarət və məişət su təmizləmə sistemləri, həmçinin suyun təmizlənməsi üçün məişət filtrləri, əks osmos sitemləri (həm məişət, həm də sənaye), su təmizləmə kartricləri, materialları və aksesuarlarının istehsalı üzrə ixtisaslaşan “Platinum Wasser” və “Ecosoft Water System GmbH” kimi qabaqcıl şirkətlərin Azərbaycandakı rəsmi distribyutorudur.

Şirkətimizin təqdim etdiyi məhsullar güclü bir tədqiqat bazasının, müasir yüksək keyfiyyətli istehsalın, innovativ texnologiyaların və effektiv satış sisteminin nəticəsində həyata keçirilmiş birgə fəaliyətinin bir nəticəsidir.

 

Wasserhaus GmbH

Filtrasiya sistemləri vasitəsilə suyun təmizlənməsi yüksək keyfiyyətli içməli su əldə etmək üçün ən düzgün, sadə və sərfəli yoldur. Wasserhaus GmbH 1990-cı ildən bəri içməli su filtrləri ilə bağlı müxtəlif layihələr həyata keçirir, onlari istehsal edir və təkmilləşdirir. İçməli su ilə bağlı müştərinin problemlərini və ehtiyaclarını aydın bir şəkildə anlayırıq və həll edirik. Bu amil bizə su filtrlərinin istehsalı üzrə ən qabaqcıl Alman şirkətlərindən birinin rəsmi distribyutoru olmağımıza şərait yaratdı.

20 ildən çoxdur ki, Avropa, Şimali Afrika, Yaxın Şərq, Asiya və Cənubi Amerikada suyun keyfiyyətsiz olması səbəbindən yaranan problemləri həll edirik. Təcrübə onu göstərir ki, yüksək keyfiyyətli su filtlərinin həyatımızı yaxşılaşdırmaq üçün istifadə olunan bir üsul olduğu layiqincə qiymətləndirilmir. Şirkətimizin siyasətinə görə, insanlar iqtisadi gəlir əldə etmək və qazanclarını artırmaq istəyi üçün sağlamlıqlarına heç vaxt zərər verməməlidirlər. Almanların keyfiyyəti təmin etmək istəyi təcrübəli mühəndislərimizə yüksək texnologiyanı tətbiq etməyə, həmçinin ULTRA и NEO kimi Platinum Wasser su filtrlərini istehsal etməyə sövq etdi. Bizim vəzifəmiz bəşəriyyəti ən təmiz və ən güvənli suyu ilə təmin etməkdir.

Platin Wasser ULTRA filtr sisteminin maya dəyərini təmizlənmiş suyun keyfiyyətini saxlamaqla aşağı elədik. Xüsusilə bizim üçün diqqətlə seçilərək hazırlanmış komponentlər, həmçinin zərərli əlavələr olmadan yeni ilkin xammaldan istifadə, TUV Təhlükəsizlik, Gigiyena və BPA Free sertifikatları ilə təsdiqlənmiş yüksək keyfiyyət standartlarına uyğun keyfiyyətli Alman məhsulunu istehsal etməyə imkan yaratdı. Wasserhaus GmbH hər kəsə sərfəli qiymətə keyfiyyətli və analoqsuz su təmizləyici məhsullarını təqdim edir.

Təcrübə və biliklərimizə əsaslanaraq istehsal etdiyimiz Platinum Wasser Sistemləri insanları təmiz və güvənli içməli su ilə təmin edəcək ən qabaqcıl texnologiyadır. Avropa istehsalı olan unikal komponentlər, qabaqcıl texnologiyalar, o cümlədən kartric istehsalı üzrə misilsiz Alman texnologiyası, cəlbedici dizayn, və istehsalın bütün mərhələrində keyfiyyətə ciddi nəzarət Platinum Wasser-i dünyada yüksək keyfiyyətli su filtrlərinin istehsalı üzrə aparıcı şirkətə çevirir. Bundan əlavə, Wasserhaus Deutschland GmbH şirkətinin mühəndislərinin təcrübəsi bizə Platin filtrlərinin parametrlərini yerli bazarların ehtiyaclarına uyğunlaşdırmağa imkan verir: məs. Texasın (ABŞ) floridlə zəngin suları, Valensiyanın (İspaniya) artmaqda olan sərt suyu və Vladivostokun (Rusiya) bulanıq suyu.

Wasserhaus GmbH şirkəti olaraq Platinum Wasser su filtrlərinin seriyalı istehsalını reallaşdıran mühəndizlərimizlə qürür duyuruq. Platin Wasser su filtrləri yüksək keyfiyyətli məhsul axtaran və içməli su ilə bağlı problemləri həll edərək sağlamlıqlarının qeydinə qalmaq istəyən müştərilərimiz üçün əla seçimdir.