Ecosoft P’URE AQUACALCIUM Əks Osmos Filtri

  • Kalsium tərkibli saf və dadlı su
  • Sabit mineral tərkibli su
  • Uşaqlar üçün güvənli su
  • Saatda 12 litr su təmizləmə qabiliyyəti
  • Bir saat ərzində sadə quraşdırılma
  • Kartriclərin dəyişdirilməli olduğu barədə bildiriş
  • 36 ay zəmanət

609 

Description

Təbiətin yaratdığı kimi minerallarla zəngin suya sahib olun

Filtrin xüsusiyyətləri

100% təhlükəsiz, virus və bakteriyaları tamamilə xaric edir. Membran yalnız su molekullarının keçməsinə imkan verir

Kalsium tərkibli su — dadlı və faydalıdır. Kalsium su ilə tam reaksiyaya girir.

Suda sabit mineral duzlarının miqdarı 55-65 mq / l təşkil edir. Biz mineral suların təbii qayalıqlardan necə süzülüb gəldiyini müşahidə edərək bu prosesi filtrdə tətbiq etdik.

Sadə quraşdırılma – bu prosesin mətbəxinizin ölçüsünə heç bir təsiri olmayacaq. Filtrin sabit konstruksiyası, həmçinin onun şaquli və üfüqi quraşdırılması mümkün olduğundan, o, mətbəx çanağının aşağı hissəsinə maksimum yığcam şəkildə quraşdırılır.

Filtr detallarının asanlıqla dəyişdirilməsi; daimi yüksək keyfiyyətli su. Dəyişdirilə bilən filtr detallarını ayrılıqda rahat şəkildə əldə edə bilərsiniz və hər bir ailə üzvü onları asanlıqla quraşdıra bilər. Biz hər zaman kartriclərin dəyişdirilməli olduğu barədə sizi məlumatlandırmaqdan və sizi maraqlandıracaq suallara cavab verməkdən məmnunluq duyuruq.

 

Ecosoft P’URE AquaCalcium Əks Osmos Filtri

✓ Filmtec membranı (ABŞ) – əks osmos texnologiyaları sənayesində liderdir
✓ Suyun kalsium ilə zənginləşdirilməsi də daxil olmaqla altı mərhələli təmizləmə
✓ Sutkada 280 litrə qədər su təmizləmə qabilliyəti
✓ 7 litr həcmli içməli su çəni

Filtr mətbəx çanağının aşağı hissəsinə quraşdırılır və soyuq suyun təmizlənməsi üçün nəzərdə tutulub.

 

Фильтр обратного осмоса Ecosoft P’URE AquaCalcium

Əks Osmos Filtrinin Faydaları

Filtr çirkləndiricilərin 99,8%-ni sudan xaric edir. Bu, məişətdə ən müasir içməli su təmizlənməsi metodu hesab olunur.

Filtrin əsas komponenti Amerikanın DOW şirkətinin istehsalı Filmtec əks osmos membranıdır. Bu, suyu bütün çirkləndirici, bakteriya və viruslardan qoruyur və onu molekulyar səviyyədə təmizləyir.

Əks osmos membranı yarımkeçirici polimer parçadan ibarətdir. Parça məsamələri virusların ölçüsündən 200 dəfə kiçikdir və membran təmizləmə üsulu tam bioloji müdafiəni təmin edir. Bu üsulla təmizlənmiş suyu qaynatmağa ehtiyac yoxdur və bu, hər yaşda olan insanlar, hətta uşaqlar üçün təhlükəsizdir.

Kalsiumun insan orqanizmi üçün faydaları

Kalsium hər bir sağlam insanın qida rasionu üçün vacib mikroelementdir. Hər gün lazımi miqdarda kalsium qəbul etmək tövsiyə olunur.

Kalsium uşaq və yeniyetmələrin skelet-əzələ sisteminin düzgün formalaşması baxımından faydalıdır
Kalsium yetkinlik yaşına çatmış insanların fizioloji gümrahlığına müsbət təsir göstərir
Kalsium yaşlı insanlarda müxtəlif xəstəliklərin yaranması və daha da təhlükəli hala gəlməsi riskini azaldır
Kalsiumla zəngin su aktiv həyat tərzi keçirən və işlərindən dolayı qidalanma rejimini pozan insanlar üçün ideal vasitədir.

AquaCalcium mineralizator (minerallaşdırıcı qurğu) necə işləyir?

AquaCalcium – mineral qranullarla doldurulmuş dəyişdirilə bilən bir kartricdir. Mineralizatorun dizaynı təbii dağ mənbələrinin sahib olduğu su axınının sürətini təmin edə biləcək şəkildə düşünülmüşdür. Nəticə etibarilə, kalsiumun miqdarı həmişə 55-65 mq / l səviyyəsində saxlanılır.

Bu, kimlər üçün daha çox faydalıdır?

Ecosoft P’URE AquaCalcium Əsk Osmos Filtri beş nəfərlik ailəni yüksək keyfiyyətli içməli su ilə təmin edir. Keyfiyyətsiz filtrasiyadan sonra həm kran, həm də quyu suyunu təmizləyir. Filtrlər mənzillərlə yanaşı, kotteclərdə də quraşdırılır.

 

Фильтр обратного осмоса

Filtrasiya mərhələləri

Kran suyu ilkin mərhələdə 3 kartricdən süzülür və bu zaman pas, qum, lil, xlor və onun təbii birləşmələrinin qarşısı alınır.

Mərhələ 4 – molekulyar səviyyədə suyu 99,8% zərərli çirkləndiricilərdən, o cümlədən bakteriya və viruslardan təmizləyən membran.

Membrandan sonra təmizlənmiş su minerallaşmanın (mineralizasiya) ilk mərhələsi üçün xüsusi AquaCalcium kartricinə daxil olur. Filtr qayaların arasından süzülən suyun təbii sürətini təqlid edir. Bu, suyun AquaCalcium kartrici ilə təmas müddətini artıraraq effektiv minerallaşmanı (mineralizasiya) təmin edir.

Su çəndə toplanandan sonra minerallaşmanı (mineralizasiya) ikinci mərhələsi üçün AquaCalcium kartricinə daxil olur. Bu texnologiya kalsiumla zəngin təmiz suyu daim ozündə saxlayır.

Son mərhələ – aktivləşdirilmiş kömürlü postfiltr suyun son təmizlənməsini həyata keçirir. Bu, kokos qozunun qabığından olan dənəvər aktiv kömürdən ibarətdir. İçməli suyun keyfiyyətini yüksəltmək üçün tətbiq olunur, suyun dad və qoxusunu yaxşılaşdırır.