Description
Ecosoft MO 6500 ticari tərs osmos sistemi sayəsində yüksək keyfiyyətli suyun bütün faydalarından yararlanın. Bu, çirkləndiriciləri, bakteriya və virusları, həmçinin pis qoxunu 99.8%-ə qədər aradan qaldırmağın ən mükəmməl və effektiv yoludur. Əks Osmos – güvənli içməli suyun əldə edilməsinin təbii və effektiv üsuludur.
Bu, kompakt şəkildə funksional olaraq tamamlanmış bir modeldir.
Ecosoft MO6500-in xüsusiyyətləri hansılardır?
- 100% təhlükəsizlik
- Sutkada 6500 litrədək su təmizləmə qabiliyyəti
- Təmizlənmiş suyun davamlı olaraq keyfiyyətinə nəzarət
- Kompaktlıq və tam avtomatlaşdırılmış iş
- Dünya istehsalçılarının yüksək keyfiyyətli komponentləri
- İşlək olan zaman yüksək təzyiq nasosu tərəfindən yaranan vibrasiya və səs-küyün əhəmiyyətli dərəcədə azalması
Filtrin effektiv və sərbəst işləməsi üçün OS 5000 idarəedici qurğu
OS 5000 idarəedici qurğu əks osmos mexanizmlərinin fəaliyyətinin avtomatik və ya əl ilə idarəetməsini təmin edir:
- çəndə olan içməli suyun səviyyəsindən asılı olaraq qurğunun işə salımansı və söndürülməsi;
- mebranın avtomatik hidrovlik olaraq yuyulması;
- nasosu quru işləmədən və membranı yüksək təzyiqdən qorumaq üçün fövqəladə hallarda sistemin bağlanması;
- elektrik keçiriciliyinin; temperaturun ölçülməsi və göstərilməsi.
Sistemin xidmətləri
Sistemin effektiv və düzgün işləməsi üçün aşağıda qeyd olunanlara əməl etmək tövsiyə olunur:
- Mexaniki təmizləmə kartriclərinin ən azı 3 ayda bir dəfə dəyişdirmək
- Kartriclər iri həcmli çirkləndiricilərin (qum, gil hissəcikləri və s.) membranlara daxil olmasının qarşısını alır və onların vaxtında dəyişdirilməməsi membranların zədələnməsinə və ya tamamilə sıradan çıxmasına səbəb ola bilər
- Əks osmos membranın ildə ən azı iki dəfə kimyəvi yuyulmasını həyata keçirmək
- Təmizlənmiş suyun keyfiyyəti və ya cihazın su təmizləmə qabiliyyəti aşağı düşdüyü təqdirdə yuyulmanı həyata keçirmək
- Bu prosedur kimyəvi bir yuyucu vasitə və xüsusi reagentlərdən istifadə etməklə həyata keçirmək
- Sistemin işləmə səviyyəsini və suyun keyfiyyəti qeyd etmək
- Sistemin istismar müddətinin tarixi kartriclərin səmərəli və vaxtında dəyişdirilməsinə, membranların kimyəvi təmizlənməsinə, həmçinin digər müvafiq işlərin aparılmasına imkan yaradacaq
Kimlər üçün daha faydalı ola bilər?
Ecosoft MO 6500 Ticari Əks Osmos Sistemi aşağıda göstərilən məkanlarda suyun təmizlənməsi üçün nəzərdə tutulub:
- şəhərkənarı evlər
- kafelər
- restoranlar
- laboratoriyalar
- kiçik sənaye müəssisələri
- buxar generatorları
Nə üçün Ecosoft?
— Fasiləsiz fəaliyyət
Dow Chemical və Grundfos şirkətlərinin istehsalı olan yüksək keyfiyyətli komponentlərin – membran elementlərinin – istifadəsi nəticəsində sistem fasiləsiz fəaliyyət göstərir.
— Sürətli və rahat xidmət
Mühəndislərimiz sistem diaqnostikasını tez və effektiv şəkildə həyata keçirir, dəyişə bilən hissələri əvəzləyir.