Çirkli su barəsində danışarkən, çox vaxt suyun xoşagəlməz rəngi və qoxusu barədə düşünürük. Biz yalnız dad və qoxunun deyil, həmçinin gündəlik məişət işlərinin də suyun keyfiyyətindən asılı olduğunu gözəl anlayırıq. Gəlin niyə təmiz su istifadə etməyiniz zərurililiyinə dair bəzi əsas səbəblərə nəzər salaq.

Ləzzətli yeməklərin hazırlanması
Boru suyunda olar xlor kəskin, xoşagəlməz bir qoxuya malikdir; dəmir və ya hidrogen sulfid elementləri ilə zəngin olan suyun isə özünəməxsus bir dadı var. Bütün bunlar hazırladığınız yeməklərin dadına heç bir müsbət təsir göstərmir. Suyu çirkəndiricilərdən təmizləmək və qoxunu aradan qaldırmaq üçün aktivləşdirilmiş kömürlü kartricdən ibarət olan əks osmos filtrini istifadə etmək tövsiyə olunur. Aktivləşdirilmiş kömür suyu təmizləyir və kənar qoxuları zərərsizləşdirir. Bəzən hazırladığınız yeməklərin tam istədiyiniz kimi ləzzətli olmur. Bunun səbəbinin su ilə bağlı ola biləcəyi barəsində heç düşünmüsüz?

İçməli su və müxtəlif içkilərin hazırlanması
İnsan orqanizmin fuksiyasını tam təmin etmək üçün gün ərzində 2 litrə qədər xlor maddələri və çirkləndiricilərdən təmizlənmiş su içməlidir. Suyun keyfiyyəti xüsusilə çayın və qəhvənin dadına təsir göstərir. Yalnız ən effektiv məişət əks osmos filtrlərindən istifadə edərək yüksək keyfiyyətli təmizlənmiş su əldə edə bilərsiniz.

Duş və ya vanna qəbulu
Aydındır ki, xlorlu su insanın dərisinə və saçına mənfi təsir göstərir. Xlorlu su insan dərisi quru edir və saçlarını kövrəkləşdirir. Bundan əlavə, xlor maddələri allergiyaya da səbəb olur. Tərkibində yüksək miqdarda kalsium və maqnezium olan su (sərt su) duş sistemi və su təchizatı borularında ərplərin yaranmasına gətirib çıxardır.

Tərkibində həddindən artıq dəmir elementləri olan su mətbəx çanağı və ya vannada bulanıq ləkələr əmələ gətirir. Tərkibində həll olmayan çirkləndiricilər olan su, vannanın içərisində qum, gil, lil və digər çirklər əmələ gətirir. Nəticə etibari ilə, biz evlərimizdə keyfiyyətsiz sulardan istifadə edirik. Belə bir problemin aradan qaldırılması üçün müxtəlif filtrasiya üsullarından istifadə edilə bilər.

Məişət cihazlarının normal istismarı
Hamıya bəllidir ki, istilik elementində ərplərin meydana gəlməsi paltaryuyan maşınlarının istismar müddətini azaldır. Heç bir paltaryuyan maşın uzun müddət sərt su ilə işləyə bilməz və buna görədə onlar tez bir zamanda sıradan çıxırlar. Paltaryuyan maşının istismar müddətini artırmaq üçün suyun yumşaldılması lazımdır. Bunun üçün məişət filtrlərindən (sərtlik ionlarını xaric edən su yumşaldıcıları) istifadə etmək tövsiyə olunur.

Şəhərətrafı evlər və bağlarda suyun təmizlənməsi
Təəssüflər olsun ki, hazırkı dövrdə quyu suyu artıq ekoloji cəhətdən təmiz hesab edilmir. Quyu suyunu tərkibində zərərli mikroorqanizmlər, torpaqdan yuyulan pestisidlər, eləcə də bir çox çirkləndiricilər aşkar etmək mümkündür. Zəhərlənmənin qarşısını almaq və keyfiyyətsiz sudan qorunmaq üçün inteqrasiya olunmuş funksiyalara malik filtrlər və aktivləşdirilmiş kömürlü filtrlərdən istifadə etmək tövsiyə olunur.

Suyun hərtərəfli təmizlənməsi
Əgər siz təmiz suyu birbaşa krandan içmək istəyirsinizsə, onda hərtərəfli təmizləyici sistemin quraşdırılması sizin üçün ən yaxşı seçim olacaq. Əks osmos filtrləri su təchizatı borularının binaya və ya mənzilə daxil olduğu yerdə quraşdırılır. Biz promlenin həlli üçün məişət filtr dəstlərini təklif edirik. Dəstlərə daxil olan filtrlər suyun laborator analizinə əsasən seçilir. Bizim sistemlər hər bir yerdə suyun təmizlənməsi bağlı problemləri həll edəcək. Sistemin düzgün seçilməsi üçün suyun təmizlənməsi üzrə bir mütəxəssislə əlaqə saxlamanız tövsiyə olunur.

Təmiz su sağlamlığınızın təminatıdır!
Nəticə etibarilə deyə bilərik ki, hazırkı dövrdə su filtri paltaryuyan və qabyuyan maşınlardan daha az əhəmiyyətli olmayan bir məişət cihazıdır, çünki bu, yalnız həyatınızı rahatlaşdırmır, həm də sizin sağlamlığınızın qeydinə qalır. Sizin sağlamlığınız hər şeydən öncədir.

Leave a comment